Android üçün Instagram’a ön qeydiyyat başladı!

Yazdı: VasiFQuluzade Dərc edildi: 26 Mart, 2012 Şərhsiz

Instagram’ın Android tətbiqinin, hər nə qədər hələ dəqiq bir tarix verilməmiş olsa da, tezliklə çıxacağı bildirilir. Bu tətbiqi maraqla gözləyib ilk istifadə edənlərdən olmaq istəyənlər üçün də bir ön qeydiyyat səhifəsi açıldı. Instagram’ın IOS versiyasının 27 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi var. Instagram’ın təqdim etdiyi, xüsusilə retro tərzi Foto filtrləri və Twitter, Facebook kimi ictimai şəbəkə saytlarından asan paylaşma imkanı, xidmətin IOS üzərində olduqca məşhur olmasını təmin etdi.

Android tətbiqinin nə qədər fərqli olacağı bilinmir, ancaq Instagram’ın qurucularından Mike Kreiger Google Android qrupunun Instagram’ın əməliyyat sistemini istifadə metodundan təsirləndiklərini dilə gətirdi.

Instagram’ın Android tətbiqiylə əlaqədar ilk xəbərlər ötən ilin sonlarından çıxmışdı. Instagram, tətbiqin nə vaxt çıxacağı mövzusunda dəqiq bir vaxt verilməmişdir. Bundan iki həftə əvvəl də free tətbiqinin ön nümayişi edilmişdi. Aşağıdakı keçidi izləyib, Android üçün Instagram’a ön qeydiyyatdan keçə bilərsiniz – Instagram Android!

Sonuncu Yazılar