CyanogenMod irəliləmək də davam edir – Cyanogen Inc!

Yazdı: AndroidAz Dərc edildi: 21 Sentyabr, 2013 Bir Şərh

Cyanogen Inc

Android istifadəçilərinin əksəri, əsasən də cihazlarına yeniləmələrin gəlməyən istifadəçilər məşhur CyanogenMod (ROM) komandası haqqında eşidib. Bu komanda, açıq mənbə kodları ilə smartphone və planşetlər üçün CyanogenMod ROM hazırlayırlar. Son aylar ərzində CyanogenMod çox sürətlə, əksər cihazları əhatə etməyə başlayıb. Yeni yayılan məlumata görə, Bu yüksəlişə görə, komanda Cyanogen Inc adlı şirkət yaradıblar.

CyanogenMod’un banisi Steve Kondik, layihənin rəsmi bloqunda məqalə yazmışdır. O, 2009-cu il 25 may tarixində ilk Android smartphone’u sayılan HTC T-Mobile G1 (HTC Dream) üçün özü tərəfindən xda-developers forumunda ilk ROM’ın yayımlanması onun həyatını dəyişdirdiyini qeyd etdi. Beləliklə, CyanogenMod belə başladı.

Şirkətin məqsədi, CyanogenMod’u daha da yüksəltmək, hətta ayrı platforma kimi inkişaf etdirməkdir. Bir çox şirkətlərin modellərinin üz qabığı ola biləcək, bir platforma yaradıla bilər. Dəqiq olmasa da, Oppo, hətta HTC belə, şirkətin partnyoru ola bilmə ehtimalı var. Bundan başqa, şirkət rəsmiləri bildirdi ki, CyanogenMod ROM yüklənmə prosesinin sadələşdirmək üçün, yaxın həftələrdə CyanogenMod Installer adlı tətbiqi Google Play’də təqdim edəcəklər. Bu tətbiq istifadəçiyə, bootloader’in sındırılması, root edilməsi, ən əsas da CyanogenMod’un rahatlıqla yüklənilməsinə imkan yaradacaq.

P.S. Şirkətin yeni CEO’su Kirt McMaster CyanogenMod’un daha da irəriləyəcəyinə ümid edir. Ən azından, komandada az insan çalışsa da, tez bir zamanda, istehlakçı şirkətlərə nəzərən, daha tez stabil versiya təqdim etməsi, şirkətin uğuru sayılacaq. Və, bir çox şirkətlər, həm də istehsalçıların da seçimi CyanogenMod ilə çalışan smartphone, planşetlərinə maraq zaman-zaman artacağına inanıram..

MənbəEngadget

Sonuncu Yazılar

  • http://www.android-az.com/ AndroidAz

    Digər, launcher’ləri yükləyərək. Play Store’da, launcher yazıb, axtarın.