Exynos 4 prosessorları ilə işləyən cihazlarda təhlükəsizlik açığı aşkarlanmışdır!

Yazdı: AndroidAz Dərc edildi: 17 Dekabr, 2012 Şərhsiz

Samsung Exynos

Samsung şirkətinin hazırladığı Exynoss prosessorları, ən güclü prosessorlar arasında öz sözünü deyir. Bu prosessorda hazırlanan cihazlar, ən öndə gedən cihazlardır. Bəs, bu prosessorlar, nə qədər etibarlıdır?

Məşhur Xda-Developers forumunda alephzain adlı developer sayəsində, məlum oldu ki, Exynos 4210Exynos 4412 çiplərində çox ciddi, kritik səhv aşkar edildi. Səhv ondan ibarətdir ki, istənilən Android tətbiq, cihazın bütün fiziki yaddaşını nəzarət altına ala bilər. Yəni, zərərverici developerlərin tətbiqlərini endirdiyiniz anda, asanlıqca root edilir və sistem yaddaşına açıq giriş əldə edə bilir.. Bu da, sizin cihazınızda məxfi informasiyaya giriş əldə edə biləcək.

Exynos 4210 və Exynos 4412 çipləri ilə işləyən modellər: Samsung Galaxy Note (N7000), Samsung Galaxy S II (I9100), Samsung Galaxy S III (I9300, Samsung Galaxy S III LTE (I9305), Samsung Galaxy Note II (N7100), Samsung Galaxy Note II LTE (N7105), AT&T Galaxy Note II (I317), Samsung Galaxy Note 10.1 (N8000/N8010, N8013, N8020), Samsung Galaxy Tab Plus (P6210), Meizu MX.

Əgər, bu problemi aradan qaldırmaq istəyirsinizsə, elə bu səhvi aşkarlayan developer də, bunun həllini tapmışdır. İlk öncə, Google Play’dən bu tətbiqi endirib, yoxlayın ki, sizin cihazınız zəifliyə meyillidirmi. Əgər, “This device is affected by the ‘exynoss-mem’ bug” yazılıbsa, onda zəifliyə meyillidir. Yox, “This device is not affected by the ‘exynoss-mem’ bug” yazılıbsa, narahat olmağa dəyməz. Bu problemi aradan qaldırmaq üçün yamaq tipli tətbiq hazırlanıb. Ən əsas, bu tətbiqi (Exynos Abuse) yüklədikdən sonra, açılan pəncərədə “Disable exlpoit” olan bölməni seçmək lazımdır. Root tələb olunmur!

Qeyd: Disable exlpoit etdikdən sonra, bir çox modellərdə, əsasən Galaxy S III modelində ön kamera işləməyə də bilər. Həm də nəzərinizə çatdırırıq ki, biz sadəcə məlumat veririk. Bu tətbiqi yüklədikdən sonra, hər hansı problemlə qarşılaşsanız, bu bizim problemimiz deyil. Əgər, olacaq problemlərlə qarşılaşmaq istəmirsiniz və daha doğrusu risk etmək istəmirsinzsə, heç bir şey etməyin. Samsung’un, bu problemi həll etməyini gözləməyiniz məsləhətdir.

P.S. Ümumi olaraq da, çalışın hər tətbiqi yükləməyin. Tətbiqləri, həmişə Google Play’dən yükləyin. Elə, Google Play’dən yüklədiyiniz an, ulduzlara və ən əsas da şərhlərə nəzər yetirin. Şərhlər də, neqativ hallar görsəniz, endirməkdən vaz keçin. Samsung, bu problemə görə, heç bir reaksiya hələki bildirməyib. Amma, deyilənə görə, artıq bunun üzərində işləyirlər. Ümid edək ki, bu kritik səhv, tezliklə həll olunar..

MənbəXda-Developers

Sonuncu Yazılar

Dropbox

RSS Windows-Az.Com

  • Nitro Pro 9.5.2.29 RePack
  • Wise Care 365 Pro 3.18 Build 278 Portable
  • Ashampoo Internet Accelerator 3.30 (2014) RePack
  • Need for Speed 2014.3D [Blu-Ray Remux.1080p]
  • Google Chrome 36.0.1985.125 Stable