Google’un 29 oktyabr tarixində keçiriləcək tədbiri ləğv edildi!

Yazdı: AndroidAz Dərc edildi: 28 Oktyabr, 2012 Bir Şərh

Son günlərdə yeni Android 4.2, LG Nexus 4, yeniləşmiş Nexus 7 və Nexus 10 haqqında bir çox şaiyələr, xəbərlər eşitmisiniz. Bütün bu xəbərlərin düzgün olub-olmadığını bilmək üçün, bazar ertəsi 29 oktyabr tarixində Google şirkətinin Nyu-York şəhərində tədbir keçirilməli idi. Amma, bu tədbir imtina edildi. Tədbirin imtina edilməsinin səbəb ABŞ ərazisinə Sandy qasırğasının yaxınlaşmasıdır. Tədbir, başqa günə keçiriləcəkdir.

Google rəsmi olaraq, bu imtina ilə bağlı tədbirdə iştirak edəcək, insanlara belə məktub yollamışdır:

- Biz, bazar ertəsinə təyin edilmiş Nyu-York’da keçiriləcək tədbiri, Sandy qasırğası ilə əlaqədar ləğv edirik. Yaxın vaxtlarda, öz planlarımız haqqında sizlərə bildirəcəyik.

P.S. Sabah keçiriləcək tədbirdə yenilikəri görmək ümidi ilə yaşayan hər kəs üçün bu çox üzücü oldu. Amma, ümid edirik ki, yaxın vaxtlarda tədbirin keçirilmə zamanı bildiriləcək.. Bizi izləyin!

MənbəTalkAndroid

Sonuncu Yazılar

  • http://twitter.com/vasifquluzade VasiF Quluzadə

    Dünən “Android Cental” saytında xəbəri gördüm. Mənim üçün çox gözLəniLməz xəbər oLduğu üçün xəbərə inanmaq istəmədim və girdiyim Türk saytLarına bu barədə yazaraq xəbərin nə dərəcədə düzgün oLub oLmadığını araşdırmaLarını xahiş eLədim. Çünkü “GoogLe” bu barədə saytLarında rəsmi açıqLama verməsə inanmaq istəmirdim. Ama çox təssüf ki, xəbər düz çıxdı. Keçən iL “Galaxy Nexus” və “Ice Cream Sandwich” tanıdıLanda da tədbir “Steve Job”un öLümü səbəbiyLə bir həftə gecikmişdi. DeyiLənə görə fırtına bir neçə gün davam edəcəkmiş. Çox gümanki, tədbir bir həftə, ən gec on gün sonra başLayacaq…