HTC One modelinə Android 4.3 Jelly Bean yayılmağa başlamışdır!

Yazdı: AndroidAz Dərc edildi: 25 Sentyabr, 2013 4 şərh

HTC One Android 4.3

Android 4.3 versiyası təqdim olunsa da, çox az sayda Android smartphone və planşetləri bu versiyada çalışır. HTC şirkəti, flaqmanı -One modelinin sentyabr ayında yenilənməsi barədə məlumat vermişdi. Söz verildiyi kimi, HTC One modelinə Android 4.3 Jelly Bean yenilənməsi yayılmağa başlamışdır.

İlk olaraq yenilənmə, əksər zaman olduğu kimi şirkətin vətəni Tayvana gəlmişdir. Yenilənmə (3.18.709.2), OTA ilə yayılmağa başlamışdır. Android 4.2 ilə Android 4.3 versiyası arasında ciddi dəyişiklər olmasa da, yenilənmənin həcmi 512.22 MB təşkil edir. Aşağıdakı yeniliklərdən başqa, daha stabil, daha sürətli işlənilməsi üçün bəzi problemlər də həll edilmişdir.

Yeniliklər:

  • Android 4.3 Jelly Bean
  • Batareya enerjisi icon’a animasiya əlavə edilməsi
  • Kamerada problemlərin həll olunması
  • Video Highlights: videolara digər musiqilərin əlavə edilməsi imkanı və s.

P.S. Android 4.3 yenilənməsi, ilk olaraq Tayvanda yayılsa da, yaxın zamanlarda, ən azından oktyabr ayında bütün ölkələrə yenilənmə yayılmağa başlayar. HTC, flaqman modeli yüksək pillədə saxlamaq üçün, bu yenilənmə, fikrimcə doğru addımdır. Ümid edirik, bu model və digər modellər də yenilənmələri tez bir zamanda alarlar..

Yenilənməni alan və alacaq istifadəçiləri, təbrik edirəm :)

MənbəAndroidPolice

Sonuncu Yazılar

  • Cəlilzadə Rövşən

    admin,htc one mini ye de yayimlanib bu sistem? bir de htc one max haqqinda bir xeber yoxdurmu?

    • http://www.android-az.com/ AndroidAz

      HTC One Mini modelinə hələ yox, gəlməyib. One Max, haqqında tez-tez fərqli xəbərlər yayılır. Konkret normal məlumat olan zaman, yazacam.

  • http://www.android-az.com/ AndroidAz

    Bu modelə, Android 4.1 Jelly Bean yayılmağa, artıq çoxdan başlayıb.

  • Cəlilzadə Rövşən

    aha.gozleyirem :)

Dropbox

RSS Windows-Az.Com

  • Among the Sleep (2014) Repack R.G.Catalyst
  • Urban Trial Freestyle (2013) Repack R.G. Catalyst
  • Tor Browser Bundle 3.6.3 Final
  • XMedia Recode 3.1.9.1
  • VLC media player 2.1.5 Final (x86) + Portable